Faiq Ağayev: “Kişilərə mən şərait yaratmışam“

Xalq artisti Faiq Ağayev "Gündəlik" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Mətanət Əliverdiyevanın "Fainka, deyirsən, şou-biznesin təməlini mən qoymuşam" sualına müğənni belə cavab verib:

"Bəli, belə demişəm. 1988-ci ildə şou-biznesin təməlini mən və Aygün Kazımova qoyub. Qadınlar üçün o yol açıb, kişilərə isə mən şərait yaratmışam. İndi ona görə də tam sərbəstdirlər. Bu günkülərə ildə bir neçə dəfə konsert verməyi, müzakirələrə səbəb olan mahnı yazdırmağı mən öyrətmişəm. 2001-ci ilə kimi olan şou-biznesi nəzərdən keçirsək, həmin vaxtlar qalmaqalların olmadığını görərik. O vaxt abır-həya var idi. İndikilər bizdən canavardır, abır-həya qalmayıb. Bunu hamıya yox, bəzilərinə şamil edirəm".

F.Ağayev efirlərdə az-az görünməyindən də danışıb:

"Hər verilişə getmirəm. Çox az sayda veriliş var ki, mən ora gedib maraqlı söhbət edə biləcəm. Kimə maraqlıdır mənim 1988-ci ildəki fəaliyyətim? Gündəmdə az-az görünməyimin bir səbəbi də peşəkar aparıcıların az olmasıdır".

AzNews.az