“Miss Monteneqro” niyə şoka düşüb? – FOTOSESSİYA

Azərbaycanın ev sahibi olduğu "Miss Civilization of The World" müsabiqəsinin qalibi "Miss Monteneqro" Covana Lekic qalib olacağını gözləmirmiş. AzNews.az-a danışan C.Lekic bildirib ki, qatıldığı ilk müsabiqədə münsiflər adını çəkəndə şoka düşüb:

"Bütün qızlar gözəldir. Serbiya, Moldova, Türkiyə favoritlərim idi. Özümü deyil, onların qazanacaqlarını düşünürdüm".

C.Lekic onu da qeyd edib ki, vətəni Monteneqroda Azərbaycan xalqının qonaqpərvər, mehriban olduğunu və xoş təəssüratlardan danışacağam.

Qeyd edək ki, Heydər Əliyev Sarayında təşkil olunan müsabiqənin final gecəsində Azərbaycan daxil olmaqla, 24 ölkənin qatıldığı gözəllər arasında münsiflər heyətinin qərarı ilə 25 000 manatlıq taca "Miss Monteneqro" Covana Lekic yiyələnib.

Fuad Mədətov
Foto:Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description