“Bu gün sponsor məsələsində qohumbazlıq prosesi gedir” “Bu gün sponsor məsələsində qohumbazlıq prosesi gedir”

Namiq Qaraçuxurlu sponsor axtarışında – EKSKLÜZİV

“Bu gün sponsor məsələsində qohumbazlıq prosesi gedir”



Namiq Qaraçuxurlu Heydər Əliyev Sarayında solo-konsert proqramıyla çıxış edəcək. Bu barədə AzNews.az-a konsertin təşkilatçısı, tanınmış prodüser Ataş Hüseyn deyib:

"Namiqin ilk solo-konserti iki il əvvəl olub. Bu il ərzində də növbəti solo-konsertinin keçirilməsini planlaşdırırıq. Hazırda bununla bağlı danışıqlar gedir". Prodüser sponsorların səviyyəli layihələrin gerçəkləşməsinə dəstək olmamasından da danışıb:

"Hazırda müğənnilərin, prodüserlərin layihələrinin gerçəkləşməməsinə səbəb sponsorların olması, amma yaxın durmamasıdır. Sponsorlar ancaq öz qohumlarına, yaxın dostlarına dəstək olurlar. Bu gün iş sahəsində qohumbazlıq prosesi gedir".

Fuad Mədətov
AzNews.az