- Köhnə - Şou-biznes
- 19 Fevral 2015 01:44
- 13 488
Elnur “O Ses Türkiye”nin qalibi oldu- VİDEOLAR (YENİLƏNİB)

Bu gün Azərbaycanlı müğənni Elnur Hüseynovun da iştirak etdiyi "O səs Türkiyə" musiqi yarışmasının final gecəsi keçirilir.
AzNews.az xəbər verir ki, Elnur yarışmanın finalına qalan tək həmyerlimizdir. Elnur Hüseynov artıq 2 çıxışını edib. Ebru Gündeşin komandasında çıxış edən həmyerlimizin ilk çıxışı "O Sole Mio" opera musiqisi olub. İkinci ifası isə yarışmanın seçim mərhələsində oxuduğu və bütün Türkiyənin qəlbini fəth etməyi bacardığı Sertap Erenerin repertuarından "Aşk" mahnısı olub.
Final gecəsi davam edir.
Qeyd edək ki, "O Ses Türkiye" yarışması Türkiyənin TV8 kanalında yayımlanır.
***
Elnur səsvermələrin nəticələrinə görə, "O Ses Türkiye"nin finala qalan üçlüyündə yer alıb. O, "Latch" mahnısını yenidən ifa edib.
***
Elnur Hüseynov "Oses Türkiye"nin son ikiliyinə qalıb. Səsvermənin nəticələrinə əsasən həmyerlimiz son ikiliyin ilk finalisti olub.
Bir neçə dəqiqə sonra yarışmanın qalibi bəlli olacaq.
23:59
***
Eınur Hüseynov "O Ses Türkiye"nin qalibi olub.
AzNews.az xəbər verir ki, bugün final gecəsi keçirilən yarışmanın qalibi həmyerlimiz Elnur Hüseynov olub.
Elnur qələbəsini komandasında olduğu Ebru Gündeşə borclu olduğunu qeyd edib.