- Köhnə - Şou-biznes
- 19 İyun 2015 16:40
- 6 161
Rəqsanə ilə Zeynəb Xanlarovanın işbirliyi – Birgə konsert (Təfərrüat)
Müğənni Rəqsanə İsmayılova konsert proqramına hazırlaşır. O, bu barədə “Gündəlik” verilişində bildirib. Heydər Əliyev Sarayında nəzərdə tutulan layihədə o, xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bir səhnədə çıxış edəcək.
AzNews.az Zeynəb Xanlarova ilə Rəqsanənın birgə layihəsi haqqında bəzi məlumatlar əldə edib. Məlumata görə, bu yaxınlarda Rəqsanə Zeynəb Xanlarova ilə görüşüb.
Görüşdə Rəqsanə xalq artistindən onun repertuarında olan mahnılara müraciət etməsinə icazə istəyib. Zeynəb xanım da ona repertuarında olan mahnıların bəzilərinin oxumasına izn verib. Mənbə bildirir ki, tanınmış prodüser Tolikin (Tarix Əliyevə) təşkilatçılığı isə sentyabr ayında baş tutacaq konsert iki hissədən ibarət olacaq. Birinci hissədə Rəqsanə, ikinci hissədə isə Zeynəb Xanlarova öz ansamblı ilə çıxış edəcək.
Konsertlə bağlı məşq proseslərinə Ramazan bayramından sonra başlanılacağı deyilir.
Bahar RÜSTƏMLİ
AzNews.az