- Köhnə - Şou-biznes
- 30 Oktyabr 2012 08:17
- 5 260
“Cahan” Zeynəb Xanlarovanın dünyasına “baş vurdu”

Xalq artistlərinin tələbələri bir arada, amma...
Sənətçilər Cabbar Musayev, Mehman Əhmədli, Rəhim Rəhimli və başqalarıyla iş birliyi quran "Cahan" qrupu yeni klip çəkdirib. Bu barədə AzNews.az-a qrupunun meneceri Aytən Əliyeva məlumat verib. O, bildirib ki, qrupun üzvlərinin Arzuxan Gözəlov, Cahid Əlibəyov, Dadaş Tarverdiyev fərqli səs tembrləriylə fasiləsiz yaradıcılıqla məşğul olurlar:
"Qrup il yarım əvvəl media qarşısına "Yenə gəl" mahnısına çəkilən klipiylə çıxıb. Mahnının musiqisi Cavid Rəcəbov, sözləri Mehman Əhmədlinindir. Qrup Rəhim Rəhimlidən "Sevirəm inan" adlı mahnı ifa edib ki, bu gün də dinləyicilərin sevimli mahnılarındandır. Hazırda qrupunun ifa etdiyi musiqisi Cabbar Musayevə, sözləri Şahin Nəcəfova məxsus olan "Şəmkir" mahnısına klip çəkdirib".
Menecer AzNews.az-a eksklüziv açıqlamasında qeyd edib ki, qrup SSRİ Xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edib. Belə ki, bəstəkar Emin Sabitoğlunun "Gözəldir" mahnısının üzərində çalışır.
Məlumat üçün bildirək ki, Arzuxan Gözəlov Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Müəllimləri Xalq artisti Əlibaba Məmmədov, Qəzənfer Abbasov, Əməkdar artist Teymur Emrah və başqa sənətçilərdən təhsil alıb. Xanəndə Hacıbaba Hüseynovun pərəstişkarıdır.
Cahid Əlibəyov da Bülbül adına orta ixtisas musiqi məktəbində və Mədəniyyət və İncəsənət Universitetin də təhsil alıb. Onun müəllimi Xalq artisti Əlibaba Məmmədov, Ağaxan Abdullayev və Teymur Əmrahdan olub. Cahid yazıçı Cəmil Əlibəyovun nəvəsidir.
Dadaş Tarverdiyev Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Onun atası Ələkbər müəllim musiqiçi, mahir klarnet ifaçısı olub. Şirvanda Mədəniyyət Evinin direktoru vəzifəsində çalşıb. Dadaş tanınmış klarnet ifaçısı Yavərin qardaşıdır.
Fuad Mədətov
AzNews.az