“Rusiya yardım Fondu” (“Rusfond”) ötən il vəfat edən rusiyalı müğənni Janna Friskenin müalicəsi üçün yığılan pulların oğurlanması faktı ilə bağlı cinayət işi başlatması üçün İstintaq komitəsinə müraciət edib. “Rusiya yardım Fondu” (“Rusfond”) ötən il vəfat edən rusiyalı müğənni Janna Friskenin müalicəsi üçün yığılan pulların oğurlanması faktı ilə bağlı cinayət işi başlatması üçün İstintaq komitəsinə müraciət edib.

Friskenin qalmaqallı milyonları – “Rusfond” cinayət işi açdırdı

“Rusiya yardım Fondu” (“Rusfond”) ötən il vəfat edən rusiyalı müğənni Janna Friskenin müalicəsi üçün yığılan pulların oğurlanması faktı ilə bağlı cinayət işi başlatması üçün İstintaq komitəsinə müraciət edib.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, müalicə üçün yığılan, lakin Friskenin ölümündən sonra"Rusfond"un oğurluq elan etdiyi 21 milyon rubla (407 400 AZN) həbs qoyulub. "Rusfond"un verdiyi bəyanata əsasən, fond Janna Friskenin hesabına 25 milyon rubl (485 000 AZN) köçürüb. Lakin bu məbləğdən yalnız 4,12 milyon rublun (79 928 AZN) hara işləndiyi barədə hesabat təqdim olunub. Qalan pulun nəyə sərf olunduğu isə hələ də məlum deyil. Fond Friskenin varislərinin bu barədə suallara cavab vermədiyini, buna görə də həmin məbləğin oğurlandığı ittihamı ilə cinayət işi açıldığını qeyd edib.

Müğənninin atası Vladimir Friske (Kopılov) isə bu addımı qanunsuz adlandırıb. O, bütün sənədlərinin düzgün olduğunu, məhkəmədə hər şeyi sübut edə biləcəyini deyib.

Xatırladaq ki, 2014-cü ilin əvvəllərində Janna Friskenin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bundan sonra müğənninin müalicəsi üçün pul toplanmağa başlanıb. 2015-ci ilin iyununda müğənni vəfat edib. Bundan sonra Jannanın valideynləri onun vətəndaş nikahlı əri, oğlu Platonun atası Dmitri Şepelyev ilə miras uğrunda çəkişmələrə başlayıblar.

Aydan AXUNDOVA