“Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir”. “Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir”.

“Daha bir neçə icra başçısı işdən çıxarılacaq” - Deputat

“Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir”.


AzNews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında deputat Vahid Əhmədov son iki gündə bir neçə icra başçısının işdən çıxarılmasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, işdən çıxarılan icra başçısıları nöqsanlara yol verdikləri üçün vəzifədən kənarlaşdırılıb. Millət vəkili hesab edir ki, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, prezidentin etirabını itirən məmurların işdən çıxarılması qaçılmazdır, prezident bu istiqamətdə ciddi addımlar atır.

"Azərbaycanda iqtisadi islahatlara ciddi yanaşıldığı bir zamanda hər kəs işində diqqətli olmalıdır".

V.Əhmədov hesab edir ki, yol verdikləri nöqsanlara görə bir neçə icra başçısı da tutduğu posta vidalaşmalı olacaq.

Qeyd edək ki, son günlər ölkə başçısının imzaladığı sərəncamla Cəbrayıl, Laçın və Salyan rayon icra başçıları vəzifələrindən azad olunub.