- Köhnə - Siyasət
- 5 May 2016 17:55
- 3 955
Qondarma respublikanın tanınması - Parlamentin gündəliyində yoxdur
Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.
Bu haqda BBC məlumat yayıb.
Məlumata görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib, onlardan 4-ü beynəlxalq müqavilələrə aiddir. "Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması gündəlikdə yoxdur", - deyə BBC bildirib.
Qeyd edək ki, mayın 10-da Ermənistan hökuməti bu məsələ ilə bağlı "qanun layihəsini" bəyənərək,parlamentə göndərib.
Report.az