“Həmin qondarma qurum elə onu deyənlərin təşəbbüsü ilə yaradılıb” “Həmin qondarma qurum elə onu deyənlərin təşəbbüsü ilə yaradılıb”

“Allahşükür Paşazadənin “Miyarderlər İttifaqı” ilə əlaqəsi yoxdur” - Şeyxin qardaşı

“Həmin qondarma qurum elə onu deyənlərin təşəbbüsü ilə yaradılıb”



Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu Rusiyada yaradılan və şərti olaraq "Milyarderlər ittifaqı" adlandırılan qurum Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsüdür: "Bu qurumun ideya rəhbəri Allahşükür Paşazadədir. Onun Telman İsmayılov və Abbas Abbasovla sıx əlaqələri var".

Yayılan informasiya ilə bağlı AzNews.az-a açıqlama verən Şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadə deyib ki, "Milyarderlər İttifaqı" şeyxin təşəbbüsü ilə yaradılmayıb: "Bu, həmin informasiyanı yayanın ağlının məhsuludur. Şeyxin həmin qurumla heç bir əlaqəsi yoxdur. Bu necə ola bilər?! Həmin qondarma qurum elə onu deyənlərin təşəbbüsü ilə yaradılıb. Şeyxi hamı tanıyır. 30 ildir ki, bu vəzifəni icra edir".

C.Paşazadə Allahşükür Paşazdənin ittifaqda təmsil olunanların heç biri ilə əlaqəsinin olmadığını deyib.

İlkin
AzNews.az