Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib. Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

Çovdarov şahidin ifadəsini məhkəmədə təkzib etdi

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində MTN əməkdaşı olmuş Elçin Çıraqov zərərçəkmiş Neman Kərimovun epizodu üzrə ifadə verib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, E. Çıraqov ifadəsində N. Kərimovun dediklərini təkzib edib. Bildirib ki, N. Kərimovun saxlanılaraq nazirliyə gətirilməsində iştirak etməyib.

Daha sonra iclasda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Vüqar Muxtarov ifadə verib. O, əməliyyat keçirdiklərini və N. Kərimovu nazirliyə gətirdiklərini bildirib.

Onun sözlərinə görə, həmin əməliyyatda Elçin Çıraqov da iştirak edib.

Bundan sonra təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib. O, E. Çıraqovla V. Muxtarovun çarpaz dindirilmələrini istəyib. Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb. Daha sonra iclasda zərərçəkmiş şəxs qismində Hafiz Abekarov ifadə verib.

Hazırda Nəsimi rayon İcra Hakimiyyətində Hüquq Şöbəsinin müdiri işləyən H. Abekarov 2014-cü ildə MTN-nə çağırıldığını deyib. Bildirib ki, hər hansı təzyiqlə üzləşməyib və nəyə görə zərərçəkmiş qismində tanındığını bilmir. Onun sözlərinə görə, Mübariz Məmmədovla Rafiq Tağıyev adlı şəxslərin arasında torpaq alqı-satqısı olub. Mübariz Məmmədov MTN-nə şikayət edərək pulun H. Abekarova çatdığını deyib. H. Abekarov da bu məsələnin araşdırılması ilə bağlı nazirliyə dəvət edilib. O, həmin məsələdən xəbərsiz olduğunu deyib.

Vəkil S. Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, A. Çovdarovun səhhətində problemlər var və o, iclasda tez-tez dərman qəbul edir.

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.