- Köhnə - Siyasət
- 7 İyun 2017 20:25
- 4 223
Lavrovla Cavad Zərif arasında telefon danışığı olub

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata görə, tərəflər Qətər və ərəb ölkələri arasında yaranan böhran vəziyyəti müzakirə edib, onları dialoqa və terrorizmə qarşı birgə mübarizəyə çağırış ediblər.
Bununla yanaşı Suriyadakı vəziyyət və Astanada keçiriləcək Suriya üzrə danışıqları müzakirə edilib.