Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstan Respublikasının daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstan Respublikasının daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Ramil Usubov Gürcüstana səfər edib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstan Respublikasının daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxili işlər nazirlərinin avqustun 3-də keçirilən görüşündə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verdiyi qeyd olunub.

Eyni zamanda, dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində birgə işbirliyinin, təcrübə və informasiya mübadiləsinin, yaradılmış normativ-hüquqi bazanın yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb.

Görüşdə regional təhlükəsizlik sahəsində, o cümlədən sərhədyanı bölgələrdə əməkdaşlığın mövcud vəziyyəti və prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

AzNews.az