Prezident İlham Əliyev Finlandiyanın dövlət başçısı Sauli Niinistöyə təbrik məktubu göndərib. Prezident İlham Əliyev Finlandiyanın dövlət başçısı Sauli Niinistöyə təbrik məktubu göndərib.

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Finlandiyanın dövlət başçısı Sauli Niinistöyə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".