Türkiyə Şərqi Qüdsdə öz səfirliyini açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qüdsdə öz səfirliyini açmaq niyyətində olduğunu bəyan edib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu qərarı Vaşinqtonun öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək barədə qərarına cavab olaraq ediləcəyini bildirib.

O, bunu Karaman əyalətində hakim Ədalət və İnkişaf Partiyası üzvlərinin toplantısında çıxışı zamanı bildirib.

"Biz Şərqi Qüdsü artıq Fələstin Dövlətinin paytaxtı elan etmişik, lakin bizim öz səfirliyimizi açmaq fürsətimiz olmayıb, çünki Qüds hazırda işğal altındadır.", - deyə Ərdoğan bildirib.