Rusiya XİN-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat

"Rusiya danışıqlar prosesinin fəallaşmasını alqışlayır, xarici işlər nazirlərinin növbəti görüşündən çox şey gözləyir".

AzNews.az xəbər verir ki, bunu İnterfaks-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"İrəvan və Bakının kompromislər axtarışında olmasını dəstəkləyirik. Öz növbəmizdə, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə münaqişənin tez bir zamanda həlli üçün əlimizdən gələni edəcəyik. Bu, Vyanada ATƏT-in xarici işlər nazirlərinin dekabr görüşündə formalaşmış vahid mövqedir", - diplomat qeyd edib.

Diplomat xatırladıb ki, bu ilin oktyabrında Cenevrədə danışıqlar prosesinin intensivləşməsi və qoşunların təmas xəttində gərginliyi azaltmaq üçün qəbul edilib.

Onun sözlərinə görə, tərəflərə konkret təkliflər təqdim edilib və bu təkliflər Minsk qrupu müşahidəçilərinin missiyasını genişləndirməkdən ibarətdir.

Karasin sonda 2018-ci ilin yanvarında nazirlərin Mİnsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq görüşünə də toxunub.