- Köhnə - Siyasət
- 26 Fevral 2018 09:51
- 5 380
Prezident “Xocalı” abidəsini ziyarət edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.
AzNews.az xəbər verir ki, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Onlar abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.