- Köhnə - Siyasət
- 26 Fevral 2018 23:45
- 4 298
ABŞ Liviyaya qarşı sanksiyaları artırıb.
ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.
“Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, “qara bazar”ı genişləndirir və ölkədə qeyri-sabitliyin artmasına səbəb olur”, məlumatda deyilir. ABŞ vətəndaşları və təşkilatlarına “qara siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib.