Tək son dörd ildə prezidentlər arasında on bir görüş! Düşünürük ki, bu faktın özü İran prezidentinin Bakıya səfərinin “heç bir məna kəsb etmədiyini və İranla Azərbaycan arasında böyük fikir ayrılıqlarının və ziddiyyətlərin qaldığını” israr edən erməni mənbələrinə ən ciddi cavabdır. Tək son dörd ildə prezidentlər arasında on bir görüş! Düşünürük ki, bu faktın özü İran prezidentinin Bakıya səfərinin “heç bir məna kəsb etmədiyini və İranla Azərbaycan arasında böyük fikir ayrılıqlarının və ziddiyyətlərin qaldığını” israr edən erməni mənbələrinə ən ciddi cavabdır.

Ruhaninin səfərindən hansı suallar qaldı?

Tək son dörd ildə prezidentlər arasında on bir görüş! Düşünürük ki, bu faktın özü İran prezidentinin Bakıya səfərinin “heç bir məna kəsb etmədiyini və İranla Azərbaycan arasında böyük fikir ayrılıqlarının və ziddiyyətlərin qaldığını” israr edən erməni mənbələrinə ən ciddi cavabdır.

Onlar İranla Azərbaycan arasında günbəgün intensivləşən əlaqələri ciddi şəkildə araşdırsalar, regionda apardıqları siyasətlə bağlı daha düzgün qənaət əldə edə bilər və bu siyasətin onları haralara sürüklədiyini daha düzgün təxmin edərlər.

Özümüzə gəldikdə isə, səfərlə bağlı deyiləsi sözlər çoxdur. Amma diqqətimizi hər şeydən əvvəl, Ruhaninin çıxışındakı bir məqam cəlb etdi. İran prezidenti bildirdi ki, xalqlarımız din, tarix və ənənələr baxımından çox yaxındırlar.

Başqa bir vaxt bu sözlər bəlkə də bizim diqqətimizi o qədər də cəlb etməzdi, əgər Kremlin ideoloqlarından birinin – filosof A.Duqinin bu yaxınlarda səsləndirdiyi bir fikir olmasaydı.

Region dövlətlərini Dağlıq Qarabağ probleminə münasibətdə təsnif etməyə çalışan rusiyalı filosof və politoloq A.Duqin demişdi ki, İranı Ermənsitanla tarixi köklər və hind-Avropa ümumiliyi birləşdirir, üstəlik, İranın Cənubi Azərbaycan problemi də var.

Aydın məsələ idi ki, rusiyalı politoloq regionun nəinki geosiyasi, hətta etno-kulturoloji, sosio-kulturoloji arxitekturasını özünə sərf edən şəkildə təqdim etməyə çalışmışdı və biz də dərhal buna reaksiya verdik.
Səfərin digər aspektlərinə gəldikdə, Cənub-Şimal dəhlizilə bağlı işlər getdikcə intensivləşməkdədir və erməniləri qeyzləndirən səbəblərdən biri də elə budur. Onların Avrasiya İttifaqı ilə İran arasında körpü olmaq xülyası baş tutmadı,- Bakı növbəti dəfə İrəvanı qabaqladı və Ermənistanı daha bir böyük, həm də perspektivli regional layihədən kənarda qoydu.

Artıq Azərbaycanın və İranın bu istiqamətdə gördüyü işlər elə bir səviyyədədir ki, Çin və Hindistan kimi böyük dövlətlər də ona maraq göstərməyə başlayıblar. Məsələn, Rusiya informasiya qaynaqlarından elə bu günlərdə oxuduq ki, Çin layihənin reallaşması üçün Tehranı Qərb rayonları ilə birləşdirəcək dəmiryolunun tikilməsi məqsədilə nə az, nə də çox - düz 845 milyon dollar ayırmaq niyyətindədir.

Təbii ki, biz İranla Azərbaycan arasında başqa istiqamətlərdə də ciddi yaxınlaşmanın baş verəcəyinə ümidliyik. Burada da söhbət ilk növbədə Xəzər dənizindəki mübahisəli yataqların (Araz-Alov-Şərq) istismarından və eləcə də Xəzərin statusundan gedir.

Amma heç sözsüz ki, ən böyük gözləntimiz Qarabağ problemilə bağlıdır. Bir neçə dəfə bildirmişik ki, İran bu sahədəki vəziyyəti kardinal şəkildə dəyişmək iqtidarında olan ölkələrdəndir. Bunun üçün yetər ki, o, Ermənistanla ticari-iqtisadi əlaqələrini bir qədər məhdudlaşdırsın.

Əslində bu əlaqələrin çəkisi elə də böyük deyil, səhv etmiriksə, İranla Ermənistan arasındakı ticari əlaqələrini illik dövriyyəsi təxminən 60-70 milyon təşkil edir. Biz İranı başa düşürük, sanksiyalar onun öz ticari və iqtisadi partnyorlarını seçmək imkanlarını məhdudlaşdırır. Amma İran da bizi başa düşməlidir. Üstəlik, Azərbaycan İrana iqtisadi alternativlər də təklif edir ki, bu haqda bir az əvvəldə yazdıq.

Hazırda Rusiyanı “sıxmağın” real imkanları yaranıb. Çox böyük ehtimalla, Qərblə Rusiya arasındakı konfrontasiya artmaqda davam edəcək. Belə vəziyyətdə Moskva Ankaradan və Tehrandan dörd əllə yapışmaq məcburiyyətində qalacaq, çünki onun da seçim imkanları xeyli məhdudlaşıb. Bu situasiyada Ankara və Tehran Dağlıq Qarabağ problemi konteksində Kremlə təzyiq göstərə bilər. Elə bizim də İrandan ən böyük umacağımız budur.

V.Putin gizlətmir ki, indiki halda Tehran və Ankara ilə əməkdaşlıq ölkəsi üçün müstəsna əhəmiyyət kəsb edir. Xüsusən də Ankara ilə bağlı onların çox böyük ümidləri vardır, hətta bəzi rus politoloqları Türkiyəni Rusiyanın istifadə olunmamış “geosiyasi aktivi” də adlandırırlar.

Əslində İran da Dağlıq Qarabağ probleminə münasibətdə özünün seçimini de-yure edibdir: erməni təcavüzünü pisləyib, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini dəfələrlə bəyan edibdir. Elə sonuncu səfər zamanı da Ruhani problemə ölkəsinin münasibətini açıqladı və bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdi.

Gəl ki, biz İrandan siyasi bəyanatlardan artıq dəstək umuruq. Heç şübhəsiz ki, siyasi bəyanatlar da önəmilidir və onlar da digər dövlətlərin və eləcə də beynəlxalq təşkilatların Dağlıq Qarabağ siyasətinin, necə deyərlər, konturlarına və ya orientirlərinə təsir edir.

Amma artıq daha real siyasətin məqamıdır – hamı anlayır ki, Ermənistanı güzəştlərə məcbur etmək üçün ciddi sanksiyalara ehtiyac var. İran da bu yönümdə əhəmiyyətli bir dərəcədə təsirə mlikdir və biz də ondan daha konkret siyasət umuruq.

Hüseynbala Səlimov,
AzNews.az