- Köhnə - Siyasət
- 3 Aprel 2018 14:46
- 4 088
“Deyəsən boğazları quruyub, çox çay içirlər” - Oqtay Əsədov
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirəsi başa çatdıqdan sonra sözügedən sənəd ikinci oxunuşda səsə qoyulub.
"Ölkə.Az" xəbər verir ki, bu zaman səsvermə üçün yetərli səs olmayıb. Buna səbəb isə deputatların bir qisminin zalı vaxtından əvvəl tərk etməsi olub.
Vəziyyətin belə olduğunu görən spiker Oqtay Əsədov iclas zalını tərk etmiş deputatları səsverməyə çağırıb.
Oqtay Əsədov çıxış edərək deyib:
"Səsvermə üçün yetərli səs yoxdur. Burada cəmi 97 deputat iştirak edir. Çağırın, o biri deputatları da gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər”.
Daha sonra deputatlar zala qayıdaraq səsvermədə iştirak ediblər.
AzNews.az