- Köhnə - Siyasət
- 28 Aprel 2018 19:32
- 6 639
Almaniya Çavuşoğlunun danışmasına icazə vermədi
Almaniyada Şimali Reyn-Vestfaliya vilayətinin hökuməti Solingen şəhərində keçiriləcək xatirə gecəsinə qatılacaq olan xarici işlər naziri Mövlud Çavuşoğlunun seçki barədə danışmaması üçün qərar qəbul edib.
AzNews.az xəbər verir ki, Şimali Reyn-Vestfaliya vilayətinin paytaxtı olan Düsseldorfun dövlət məclisinin Sosial Demokrat və Yaşıl Parlamentarilərin Çavuşoğlunun parlamentdə danışmaması üçün görüşdükləri və razılaşdıqları bildirilir.
Şimali Reyn-Vestfaliya vilayətinin parlamenti də Sosial Demokrat Partiyasının (SDP) və Yaşıllar Partiyasının razılığını təsdiqləyib. ŞRV əyaləti hökumətinin sözcüsü Kristian Wiermer Solingen hücumunun ildönümünə həsr olunan mərasimin, "siyasi partiya çəkişmələri ilə" kölgələnməyəcəyini bildirərək 29 May 1993-cü ildəki hücumun "nə Almaniya, nə də Türkiyədəki seçki kampaniyası üçün bir siyasi partiya döyüşünə çevrilməyəcəyini" bildirib.
Xristian Demokratik Birlik Partiyasından olan (XDB), ŞRV əyalətinin baş naziri Armin Laschet xarici işlər naziri Mövlud Çavuşoğlunu Solingen hücumunun qurbanı olan gənc ailənin tələbi ilə Düsseldorfda keçiriləcək xatirə gecəsinə dəvət edib.
Digər tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlunun 29 mayda Solingendə keçiriləcək anma mərasiminə qatılacağı bildirilirdi.