Milli Məclisin mayın 1-nə təyin olunmuş plenar iclası fəaliyyətə başlayıb. Milli Məclisin mayın 1-nə təyin olunmuş plenar iclası fəaliyyətə başlayıb.

Boş qalan deputat yerlərinə təyinatlar oldu

Milli Məclisin mayın 1-nə təyin olunmuş plenar iclası fəaliyyətə başlayıb.

“Ölkə.az” xəbər verir ki, bugünkü plenar iclasda hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə irəli sürülən namizədlərin təsdiqi məsələsinə baxılıb.

Milli Məclisin Daxili Nizamnaməsinin 36-ci bəndinə uyğun olaraq Azər Badamov və Eldəniz Adil Oğlu Səlimov Milli Məclisin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmov Mədəniyyət komitəsinin üzvü seçiliblər.
Qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

AzNews.az