Rəsul Quliyevin “El” hərəkatından xəbəri yoxdur

Məlum oldu]u kimi, ötən həftə təqdimat mərasimi keçirilən və məramı ölkənin müxalif düşərgəsini bir araya gətirmək olan "El" hərəkatı bəyan etmişdi ki, ölkənin aparıcı müxalifət təşkilatları ilə müzakirələrə başlayacaq.

Amma hərəkatın konkret olaraq kimlərlə danışıqlar aparması haqda hər hansı yeni məlumat yoxdur. Ölkənin əsas müxalif qurumlarından biri sayılan Açıq Cəmiyyət Partiyası ilə "El" hərəkatının hər hansı danışıq aparıb-aparmadığını öyrənmək məqsədilə ACP lideri, sabiq spiker Rəsul Quliyevlə əlaqə saxladıq.

Bununla bağlı AzNews.az-a açıqlama verən Rəsul Quliyev isə nə qədər qəribə görümsə də "El" hərəkatı ilə bağlı ümumiyyətlə xəbərsiz olduğunu bildirdi: ""El" hərəkatı ilə bağlı baş verənlərdən xəbərim yoxdur. Yəni, bu hadisə ilə əlaqədar yazılanları oxumamışam".

Gültəkin
AzNews.az