"Məntiqə uyğun olmayan və tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistanın xarici işlər naziri Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir". "Məntiqə uyğun olmayan və tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistanın xarici işlər naziri Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir".

XİN-dən Köçəryanın açıqlamasına cavab

"Məntiqə uyğun olmayan və tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistanın xarici işlər naziri Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir".

AzNews.az-ın məlumatına görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib: "Hələ Ter-Petrosyanın vaxtından bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır. Qarabağdan olub-olmamasından asılı olmayaraq Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb.

İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır".