Zəminə Dünyamalıyeva Milli Şuradan istefa verdi

Açıq Cəmiyyət Partiyasından (ACP) iki nəfər istefa verib. Partiyanı tərk edənlər ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərovadır.

Z.Dünyamalıyeva açıqlamasında müavini S.Ələsgərova ilə birgə partiyadan istefa verdiyini təsdiqləyib. O qeyd edib ki, buna səbəb üzvü olduğu partiyanın və ACP-nin də qoşulduğu Milli Şuranın oktyabrın 9-da keçirilən prezident seçkilərində uğur qazana bilməməsidir: "Məhz buna görə mən partiyadan və Milli Şuradan istefa verdim. Mənimlə birgə Solmaz Ələsgərova da partiya üzvlüyündən kənarlaşıb".

Xatırladaq ki, Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova deputat olduqları dövrdə eks-spiker Rəsul Quliyevin sədri olduğu ADP-yə üzv olmuş, sonradan onunla birlikdə ADP-dən ayrılaraq ACP-ni qurmuşdular.(apa)

AzNews.az