- Köhnə - Siyasət
- 1 Oktyabr 2012 09:28
- 5 118
Parlamentdən Gülər Əhmədovaya sayğı
Siyvuş Novruzov: “Gülər Əhmədova məsələsi YAP-da müzakirə olunacaq”
Bu gün Milli Məclisin 2012-ci il payız sessiyası öz işinə başlayıb. Bugünkü plenar iclasda Gülər Əhmədovanın deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciətinə baxılacağı gözlənilirdi. Ancaq bu barədə müzakirə aparılmayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Gülər Əhmədovanın deputat toxunulmazlığının götürülməsi məsələsi MSK-nın qərarından asılı olacaq: "Bu məsələ ilə MSK məşğul olur. Ona görə də bu məsələyə onlar qərar verməlidir".
Onun qeyd etdiyinə görə, partiyanın müvafiq nizamnaməsinə əsasən üzvlərin YAP sıralarından xaric olunması məsələsinə ilk olaraq partiya təşkilatları baxmalıdır: "Bir daha qeyd edirəm ki, bu məsələyə millət vəkilinin daxil olduğu ilk partiya təşkilatı qərar verməlidir. Yəni, hazırda Gülər Əhmədova partiyanın sıravi üzvüdür və o, partiyadan xaric olunmayıb".
İlkin
AzNews.az