Əli Kərimli AXP-nin qurultayına niyə qatılmadı?

Penah Hüseyn: "Biz belə istədik"



Dünən Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Partiyasının (AXP) ll qurultayı keçirilib. Tədbirdə partiyanın hesabatı, nizamnaməsi dinlənildikdən sonra partiya sədri Qiyas Sadıqbəyli, Pənah Hüseyn və qonaq qismində iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edib. Onlar çıxışlarında əsasən ölkədəki ictimai-siyasi vəziyyətdən danışıblar.

Maraqlısı isə odur ki, tədbirdə İctimai Palataya daxil olan iki böyük partiyadan birinin sədri-İsa Qəmbər iştirak edib, Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimli isə qurultaya qatılmayıb. Pənah Hüseyn İsa Qəmbərdən başqa rəsmi qonaqların iştirak etməməsinə belə şərh verib: "AXP-nin qurultayına heç bir partiya sədrini dəvət etməmişik. Ona görə iclasda iştirak etmirlər. Biz belə istədik. Təbii ki, dəvət olunsaydılar, iştirak edərdilər".

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə əlaqə saxladıq. O, partiyanın qurultaya dəvət edilib-edilmədiyindən xəbərsiz olduğunu bildirdi.

İlkin
AzNews.az