İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu hiddətləndirib. İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu hiddətləndirib.

“Bu razılaşma tarixi səhvdir“- Baş nazir

İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu hiddətləndirib.




AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, İsrail rəsmisi bunu "tarixi səhv" adlandırıb.

"Bu, çox böyük tarixi səhvdir. Mən bu gün bütün İsrail rəhbərlərinə səslənirəm - biz siyasətlə əlləşməyi bir kənara qoyub daha ciddi problemin ətrafında birləşməliyik. Məhz bu problemin həlli İsrailin gələcəyini həll edəcək", - deyən baş nazir ölkəsinin gələcəyinin təhlükə altında olduğunu bildirib.

Onun fikrincə, Qərb İranla razılıq əldə etmək cəhdi ilə həddini aşıb. "İranın nüvə silahlanmasının yolverilməz olduğu sahələrdə çox böyük güzəştlər edilib. İndi İran Yaxın Şərq və bütün dünyada təcavüzkar əməllərini törətmək üçün öz terror maşının maliyyələşməsinə yüz milyardlarla dollar alacaq", - deyə Benyamin Netanyahu bildirib.