Eldar İbrahimov: “Xalq Dağlıq Qarabağ münaqişəsinin uzanmasının əleyhinədir” Eldar İbrahimov: “Xalq Dağlıq Qarabağ münaqişəsinin uzanmasının əleyhinədir”

“ATƏT 20 ildə yalnız tərəfləri görüşdürüb“

Eldar İbrahimov: “Xalq Dağlıq Qarabağ münaqişəsinin uzanmasının əleyhinədir”



Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov yap.org.az saytına açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu 20 ildir Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmasına baxmayaraq hələ də konkret nəticələr əldə olunmayıb.

"Münaqişənin həllinin uzanması Azərbaycan xalqının səbrini tükəndirir"-deyən E.İbrahimov bildirib ki, ötən müddət ərzində həmsədrlərin işi tərəfləri görüşdürmək, bu yöndə vasitəçilik etmək olub. O qeyd edib ki, münaqişənin həlli ilə bağlı Azərbaycan prezidentinin nümayiş etdirdiyi siyasi iradəni, prinsipial mövqeni Azərbaycan xalqı tamamilə dəstəkləyir.

Onun sözlərinə görə, Ermənistan prezidenti isə siyasi iradə nümayiş etdirə bilmir. Belə ki, münaqişənin həlli ilə bağlı razılaşma mərhələsinə çatanda Ermənistan tərəfi problem yaradaraq vaxtı uzadır: "Azərbaycan xalqı münaqişənin uzanmasının əleyhinədir. Bu gün Azərbaycan bütün sahələr, o cümlədən hərbi sahə üzrə inkişaf edir. Ordumuz güclənib və torpaqlarımızın işğaldan azad olunmasının vaxtı da çatıb".

Gültəkin
AzNews.az