"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ də qəti qərar verməyib. "Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ də qəti qərar verməyib.

“Bəziləri məni artıq deputat “seçib”” - Rauf Arifoğlu

"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğlu noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ də qəti qərar verməyib.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı Rauf Arifoğlu öz "Facebook" səhifəsində yazıb: "Daha çox həmkarlarım seçkilərdə iştirakımla bağlı son qərarımı verib-vermədiyimi soruşurlar. Hətta qərəzli insanların bəziləri isə məni artıq deputat "seçib". Amma düzü hələ də tərəddüdlüyəm. Bakı dairələrindən birinin üzərində dayanmışam. İlkin hazırlıqlar da aparılıb. Amma qəti qərarımı verməmişəm.

Düşünürəm ki, 24-25 sentyabra qədər zamanım var.

Bunu əvvəl də demişəm, bir daha təkrar edirəm: Hazırda imkanlarımız, mövqeyimiz və gücümüz bir neçə deputatın birlikdəki imkanından, gücündən daha yüksəkdir. Biz hər kəsə olduğu kimi, yeri gələndə bir sıra deputatlara, bəzən digər vəzifəli şəxslərə dəstək oluruq, problemlərini həll edirik. Rayonlara gedib, seçki kampaniyası keçirtmək isə, əvvəldən də dediyim kimi, istisna olunur. "Yeni Müsavat"ın işinə, həyatımızın ritminə mənfi təsir edəcək. Bu da heç uyğun deyil. Bu baxımdan, bir sıra "qaranquşlar" məni kimlərləsə üz-üzə qoymaq zəhmətini çəkməsinlər.

Namizədliyimi verəsi olsam Bakıdan verəcəyəm. Yox əgər verməsəm "Yeni Müsavat", musavat.com və minval.az adlı tribunalarımızdayıq... Hər hansı yekun qərarı gələn həftə qeyd olunan media quruluşları vasitəsi ilə bildirəcəm. O zamana qədər xahişim budur ki, hörmətli həmkarlarım bu mövzuda məni narahat etməsinlər".

Sevinc Yasinqızı
AzNews.az