Azərbaycan Müdafiə Nazirliyində generalitet yeni geyim formasına keçib. Azərbaycan Müdafiə Nazirliyində generalitet yeni geyim formasına keçib.

Müdafiə Nazirliyinin generaliteti yeni geyimdə – Fotolar

Azərbaycan Müdafiə Nazirliyində generalitet yeni geyim formasına keçib.


AzNews.az-ın AzeriDefence-yə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi bu gün Hərbi Hava Qüvvələrinin (HHQ) bazasında inşa olunmuş yaşayış binalarının açılış mərasimində yeni qış geyimində – dəri gödəkçədə görünüblər.

Müdafiə Nazirliyinin generalitetinin qış geyim dəstinə dəri gödəkçə yeni daxil edilib və ali zabit heyəti ilk dəfədir bu geyimdə ictimaiyyət önünə çıxır. Buna qədər Silahlı Qüvvələrin ali rütbəli zabitlərinin qış geyim dəstinə palto və su keçirməz parçadan gödəkçə daxil olub. Dəri gödəkçələr əsasən HHQ-nin uçuş heyətinə verilib.