“Moskvada olub- olmamağın nə əhəmiyyəti?” “Moskvada olub- olmamağın nə əhəmiyyəti?”

Rəsul Quliyev: “Əli Həsənovla heç vaxt görüşməmişəm”

“Moskvada olub- olmamağın nə əhəmiyyəti?”



Azərbaycanın sabiq spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla Moskvada görüşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Eks-spiker Modern.az-a açıqlamasında Əli Həsənovla heç vaxt görüşmədiyini bildirib. "Mən ümumiyyətlə, Əli Həsənovla heç vaxt görüşməmişəm" deyən R.Quliyev "bu yaxınlarda Moskvada olmusunuzmu?" sualına belə cavab verib: "Mən bir çox yerlərdə oluram. Məgər bu barədə hökmən məlumat verməliyəm. Və ya Rusiya ilə əlaqə yaratmaq üçün Moskvada olub-olmamağın nə əhəmiyyəti ola bilər ki, başa düşə bilmirəm...".

AzNews.az