Rusiya Federasiyası “El Hərəkatı”nın sədr müavini Köçəri Nağıbəylinin ölkəyə girişinə qadağa qoyub. Rusiya Federasiyası “El Hərəkatı”nın sədr müavini Köçəri Nağıbəylinin ölkəyə girişinə qadağa qoyub.

Köçəri Nağıbəylinin Rusiyaya girişinə qadağa qoyuldu

Rusiya Federasiyası “El Hərəkatı”nın sədr müavini Köçəri Nağıbəylinin ölkəyə girişinə qadağa qoyub.


AzNews.az-a daxil olan məlumata görə, K.Nağıbəyli dünən Rusiyaya getmək istəyərkən Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Liman əməkdaşları ona bildiriblər ki, onun Rusiyaya girişinə qadağa qoyulub. Onu da əlavə ediblər ki, Rəsmi Moskva Rəsmi Bakıya məktub yazaraq K.Nağıbəylinin Rusiyaya girişinə icazə olmadığını, ölkə üçün arzuolunmaz şəxs olduğunu bildirib.

K.Nağıbəyli faktı AzNews.az-a təsdiqləyib.

O, həmçinin bildirib ki, Rusiya tərəfinin ona hansı səbəbdən qadağa qoymasından məlumatsızdır: "Mən, Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etdim. Oradan bildirdilər ki, bu işlə onlar məşğul olmur. Məsləhət gördülər ki, Rusiya Miqrasiya Xidmətinə müraciət edim. Hazırda hüquqşünaslar və vəkillərlə məsləhətləşmə aparırıq, səbəbi müəyyən etmək üçün Rusiyanın müvafiq qurumlarına, eləcə də Bakıdakı səfirliyinə rəsmi müraciət edəcəyik".

Bahar RÜSTƏMLİ