“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda növbəti konfrans Şəki şəhərində keçirilib. “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda növbəti konfrans Şəki şəhərində keçirilib.
  • Toplum
  • 5 Noyabr 2018 17:38
  •  1 467

DİM Şəkidə konfrans keçirib

“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda növbəti konfrans Şəki şəhərində keçirilib.

AzNews.az DİM-ə istinadən xəbər verir ki, konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının qaydaları, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans 5 noyabr 2018-ci il tarixində Şəki şəhərində keçirilib.

Konfransda rayon icra hakimiyyəti və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının rektor və müəllim heyəti, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra DİM əməkdaşları tərəfindən təqdimatlar edilib və Mərkəz tərəfindən həyata keçirilən imtahanları fərqləndirən parametrlər, il ərzində keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlərin üstünlükləri, buraxılış imtahanlarında qiymətləndirmə prosesinin mərhələləri, qəbul imtahanları üçün ölçmə və qiymətləndirmə materiallarının hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, “Şagird – məzun”, “Tələbə – məzun” elektron informasiya ehtiyatları, “Dövlət qulluqçularının Reyestri xidməti”, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

Tədbirin sonunda DİM tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.

Xatırladaq ki, DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda silsilə konfranslar keçirilir. İlk konfrans noyabrın 3-də Gəncə şəhərində keçirilib. Növbəti konfranslar Lənkəranda noyabrın 8-də, Naxçıvanda noyabrın 13-də, Bakı şəhərində isə noyabrın 17-də keçiriləcəkdir.

Səidə Nurməmmədli
AzNews.az