• Toplum
  • 1 Yanvar 2019 19:48
  •  446

ANAMA dekabr ayı ərzində 202 PHS zərərsizləşdirib - FOTOLAR

İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2018-ci ilin dekabr ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xaçmaz, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 596,638 m² (59.66 ha) ərazi yoxlanılıb.

Agentlikdən verilən məlumata görə, 202 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina (cəmi 204 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 478 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Qeyd olunur ki, dekabr ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 11 (on bir), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 9 (doqquz), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç) və Zaqatala rayon Polis şöbəsindən - 1 (bir) müraciət daxil olub (cəmi çağırış: 24). Müraciətlər əsasında 6,635 m² ərazi təmizlənmiş, 174 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description