Ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyasına start verilib Ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyasına start verilib
  • Toplum
  • 3 Yanvar 2019 12:30
  •  1 531

İmtahanlar başladı

Ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyasına start verilib

Yanvarın 3-dən ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

AzNews.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalı, qaynar xəttin fəaliyyəti təmin olunmalıdır.

Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Qeyd edək ki, imtahan sessiyası fevralın 2-dək davam edəcək.

Səidə Nurməmmədli

AzNews.az