• Toplum
  • 1 Mart 2019 18:47
  •  2 990

“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ - qaz sayğaclarının...

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonentlərinə xəbərdarlıq edib.

“Azəriqaz”dan verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

Qurum bununla bağlı istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz”ın əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər.

“Azəriqaz” sonda bir daha bildirir ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.

AzNews.az