İmtahan 3 saat davam edəcək. İmtahan 3 saat davam edəcək.
  • Toplum
  • 7 Aprel 2019 11:00
  •  1 557

Bu gün buraxılış imtahanı keçirilir

İmtahan 3 saat davam edəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Ümumilikdə 27 min 659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Saat 11:00-da başlayacaq imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq veriləcək.

Şagirdlər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər:

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq.

V ixtisas qrupunda isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

AzNews.az