ASS 2008-ci ildə yaradılıb ASS 2008-ci ildə yaradılıb
  • Toplum
  • 19 Aprel 2019 17:55
  •  2 496

“Azərbaycan Sənaye Sığorta”nın Direktorlar Şurasının sədri dəyişdi

ASS 2008-ci ildə yaradılıb

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasının sədri Uğur İbrahim Selçuk oğlu Çağlar vəzifəsindən azad edilib.

Onu Doğan Niyazi oğlu Tandoğan əvəz edib.

O həm də ASS ilə birlikdə “Azərsun Holdinq” MMC-yə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədridir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.(report.az)

AzNews.az