- Toplum
- 24 İyun 2019 19:14
- 2 272
Qazaxda gənc oğlan su anbarında batıb
Qazax rayonunda 22 yaşlı oğlan su anbarında batıb
Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarında boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)