• Toplum
  • 5 İyul 2019 21:11
  •  554

Bakıda yük maşını aşıb, yolda tıxac yaranıb - FOTO

Bakının Binəqədi rayonunda yük maşını qəza törədib

Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi dairəsində baş vermiş hadisə zamanı "KamAZ" markalı yük maşınının yük qoşqusu aşıb.

Nəticədə qoşquda olan taxta materiallar yola dağılıb. Qəza səbəbindən dairədə və ora yaxın yollarda güclü tıxac yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. (APA)