- Toplum
- 16 İyul 2019 19:15
- 3 809
Bakıda baba və nəvə dənizdə boğularaq ölüb

Bakıda baba və nəvə dənizdə boğulub
Hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Ləman Orucova Xəzər dənizində çimərkən boğulub. Bunu görən 70 yaşlı Əmrağa Orucov nəvəsini xilas etmək istəyib, ancaq özü də boğularaq ölüb.
Faktla bağlı araşdırma başlayır. (Report)