Nazir əmr imzaladı Nazir əmr imzaladı
  • Toplum
  • 31 İyul 2019 15:42
  •  2 372

Nümunəvi tədris planları təsdiq olunub

Nazir əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.

AzNews.az