Günə 2 kq çəki yığmağa başlayır Günə 2 kq çəki yığmağa başlayır
  • Toplum
  • 16 Dekabr 2019 12:42
  •  17 464

775 kq ət, 4500 litr süd verən inək- FOTO

Günə 2 kq çəki yığmağa başlayır

“Mavi Belçika cinsi iri təsərrüfatlarda sürətlə yayılır və sahibkarlara böyük gəlir gətirir”.

AzNews.az xəbər verir ki, bunu Kənd Təsərrüaft Nazirliyinin əməkdaşı Nicat Nəsirli cins inəklərdən danışarkən deyib.

O, cins inəklərin xüsusiyyətlərini şərh edib:

““Rusiyada bu cins ölkə ərazisində sürətlə yayılır. Heyvandarlar bu cinsə böyük maraq göstərirlər. Ətlik cins olan mavi Belçika cinsi iri təsərrüfatlarda sürətlə yayılır və sahibkarlara böyük gəlir gətirir. Bu cins necə əldə olunub? Belçikada ətlik-südlük cinslər üzərində elmi seleksiyaların aparılması XIX əsrin II yarısından başlayıb. Hələ o vaxt İngiltərədən Şortqorn cinsi, Fransadan isə bir neçə cins gətirilərək üzərində seleksiya işləri aparılıb və bu cins əldə olunub. Sonrakı dövrlərdə cins üzərində çoxsaylı elmi seleksiyalar aparılaraq ət verimi yüksəldilib. İnək hazırkı görünüşünü ötən əsrin 50-ci illərində professor Hansetin səyləri nəticəsində aldı, cinsin ət məhsuldarlığı ən yüksək həddə çatdırıldı. Professor heyvanın gen inkişafını məhdudlaşdırdı, əzələlərin inkişafına maneə törətdi və qısa vaxtda ət çəki qazanmaq qabiliyyətini artırdı. Bəzi ədəbiyyatlarda bu inəyin adı Belçika ağ-mavi inəyi də adlandırılır, ən çox Belçika, ABŞ, Fransa və Almaniyada yayılıb. Bu cinsin ən böyük fərqləndirici xüsusiyyəti xarici görünüşü ilə bağlıdır. Heyvanın əzələli görünüşü var, bədəninin bəzi hissələri tüklə örtülüb. Erkəkləri bir yaşında 475 kiloqrama, dişiləri 370 kiloqrama, ikinci ilində erkəkləri 775 kiloqrama, dişiləri isə 500 kiloqrama çatır. Doğulduğunun dördüncü həftəsindən başlayaraq sürətlə - günə 2 kq çəki yığmağa başlayır. Ağır çəkisinə baxmayaraq güclü ayaqları heyvana sürətli hərəkət etməyə imkan verir. Digər inək cinslərindən fərqli olaraq ət çıxımı 80%-dən yuxarıdır, əti yumşaq və dietikdir. 200 günlük laktasiya dövründə bu cins yağlılıq göstəricisi 3,5%-dən aşağı olmamaq şərti ilə 4500 litr süd verir”.

Nicat Nəsirli bu inəklərin üstünlükləri və risklərini də açıqlayıb:

- Bəslənmə dövründə sürətli çəki artımı;

- Keyfiyyətli, dietik ət çıxımı;

- 7-8 aylığında boğazlıq;

- Sakit təbiətli olması;

- Qüvvəli, sulu-şirəli yemlərə tələbkar olmaması;

- Gen modifikasiyasına uğraması;

- Bədən üzvlərinin artıq çəki səbəbi ilə şişkin olması;

- Çətin doğum, (yalnız qeysər əməliyyatı ilə bala dünyaya gətirir);

- İsti iqlimdə yaşamağı sevməsi.

Bahar RÜSTƏMLİ

AzNews.az