Bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib Bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib
  • Toplum
  • 31 Mart 2020 18:08
  •  2 505

Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

Bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib

Koronavirus infeksiyasından sağalmış 12 nəfərdən 3-ü xəstəliyə qədər bacardıqları fiziki hərəkətləri yerinə yetirmək gücündə olmur.

Məlumata görə, bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib.

Qeyd olunub ki, bu, koronavirusdan sağalan xəstələr üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib.

Müşahidələrə əsasən COVID-19 infeksiyasından sağalanlar ağciyərlərin azalan funksionallığından əziyyət çəkir və gəzinti zamanı boğulma hiss edir.

Bununla belə, ağciyərlərin zədələnməsi ilə bağlı uzunmüddətli effektlər müşahidə olunmayıb. COVID-19-dan sağalan xəstələr ağciyərlərin bərpası üçün onlara tövsiyə edilən üzgüçülük çalışmaları zamanı ciddi narahatlıq hiss etməyib. (trend)