Alış-verişə ailənizdən bir nəfər göndərin Alış-verişə ailənizdən bir nəfər göndərin
  • Toplum
  • 5 İyun 2020 11:43
  •  2 920

TƏBİB alış-veriş edənlərə müraciət etdi

Alış-verişə ailənizdən bir nəfər göndərin

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla əlaqəli həftəsonu qadağaları əsas gətirərək alış-veriş edənlərə bir daha müraciət edib.

AzNews.az xəbər verir ki, müraciətdə alış-veriş zamanı insanlara özlərini qorumaq tövsiyə olunub:

- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

-Alış-verişə ailənizdən bir nəfər göndərin.

-Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.

-Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

-Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

-Digərləri ilə fiziki məsafə saxlayın.

-Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

-Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

-Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

image description