356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır

Bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 015 test edildiyi bildirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 015 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 576 249 test aparılıb. İndiyədək 313 nəfər COVID-19-dan dünyasını dəyişib, 15 640 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8617 nəfərdir. Hazırda 356 nəfər reanimasiyada müalicə alır. 58 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 529 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib.