“Vətən borcunu ödəyənlərin, kimsəyə borcu olmaz!” “Vətən borcunu ödəyənlərin, kimsəyə borcu olmaz!”
  • Toplum
  • 6 Oktyabr 2020 13:42
  •  4 473

Daha bir şirkət şəhidlərin borclarını sildi

“Vətən borcunu ödəyənlərin, kimsəyə borcu olmaz!”

“Optimal Elektronika” şəhid müştərilərin borclarını silib.

AzNews.az xəbər verir ki, bu haqda “Optimal Elektronika” MMC məlumat paylaşıb:

“Vətən borcunu ödəyənlərin, kimsəyə borcu olmaz!”

“Optimal Elektronika” MMC olaraq ölkəmizin bu şərəfli dövründə milli ordumuzda vuruşaraq şəhid olmuş əziz şəhidlərimizin şirkətə olan bütün kredit borclarının bağışlandığını bildirir, ailələrinə və sevdiklərinə başsağlığı diləklərimizi çatdırırıq.

Canı ilə, qanı ilə vətənimizi, torpağımızı qoruyan, Vətənə borcunu ödəyən şəhidlərimizə olan vəfa borcumuz ödənməz.

İnanırıq ki, qüvvətli Azərbaycan ordusu şəhidlərimizin qisasını alaraq onların qanını yerdə qoymayacaqdır.

Zəfər bizimdir, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Səidə

AzNews.az