Koronavirus pandemiyası ilə mübarizə tədbirləri aparılır Koronavirus pandemiyası ilə mübarizə tədbirləri aparılır
  • Toplum
  • 15 Oktyabr 2020 13:45
  •  7 578

Bakı metrosunda dezinfeksiya işləri gücləndirilib

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri aparılır

Bakı metrosunda dezinfeksiya işlərinin gücləndirilməsi və sərnişinlərin mövcud qaydaya riayət etməsi istiqamətində tədbirlər davam etdirilir.

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətdə aparılır:

“Hazırda nəzarət tədbirləri gücləndirilib. Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Sərnişinlər sosial məsafəyə riayət etməyə dəvət olunur".

AzNews.az