"Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var" "Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var"
  • Toplum
  • 29 Oktyabr 2020 12:45
  •  5 185

"Sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmirik”

"Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var"

“Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadıldı. Bu arada, bir sıra Avropa ölkələri yenidən sərt karantinin tətbiqinə başlayırlar”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov koronavirusa yoluxma hallarının artmasının hansı nəticələr verəcəyindən danışan zaman qeyd edib.

Deputatın sözlərinə görə, belə görünür ki, yoluxma sayının artması dünyanın yenidən sərt karantinə qayıtmağa məcbur edir.

“Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu? Ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alsaq sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmirik”.

Vüqar Bayramov onu da bildirib ki, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır: “Bu baxımdan, özəl sektorun mövcud qaydalar ilə fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yolxuma sayı kəskin artarsa o zaman karantin rejimin sərtləşdirilməsi istisna edilmir.

Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır. Yoluxma sayının minimumlaşdırılması üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz çox və əvvəllər olduğundan daha çox vacibdir.

Dünən isə, ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu, o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Əvvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejimin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımından vacibdir”.

Səidə

AzNews.az